понедельник, 23 марта 2015 г.

Yekun

Bizim hazırladığımız layihənin təqdimatı riyaziyyat kabinetində keçirildi. Bu təqdimatda məktəbin direktoru, valideynlər, müəllimlər dəvət olundu. Biz özümüz haqqında məlumat verdik və araşdırdığımız sahələrin aşağıdakılar olduğunu elan etdik.
  • Adi kəsrlərin müqayisəsi;
  • Məxrəcləri və sürətləri bərabər olan kəsrlərin müqayisəsini;
  • Məxrəcləri bərabər olan kəsrlərin toplanması və çıxılması;
  • Düzgün və düzgün olmayan kəsrlərin fərqini;
  • Düzgün olmayan kəsrin qarışıq ədədə çevrilməsi;
Bizim layihə haqqında fikirlərinizi bizimlə şərhlər bölməsində paylaşa bilərsiniz. Bizi izlədiyiniz üçün təşəkkürlər........

Bizim öyrəndiklərimiz

İlk əvvəl  kəsrləri növlərinə görə müqayisə etməyi və bu kəsrləri ədəd oxunda göstərməklə, kəsrlərin müqayisəsini sözlə və riyazi yazılışılarla göstərməklə aşağıdakıları öyrəndik. 
Məxrəcləri bərabər olan kəsrləri müqayisə etmək üçün onların sürətlərini müqayisə edirik, hansının sürəti böyükdürsə, o kəsr böyük, hansının məxrəci kiçikdirsə o kəsr kiçikdir.
Sürətləri bərabər olan kəsrləri müqayisə etmək üçün onların məxrəcinə görə sürətləri bərabər olan kəsrlərdən məxrəci kiçik olan kəsr böyük, məxrəci böyük olan kəsr kiçikdir. 
Məxrəcləri bərabər olan kəsrləri toplayarkən məxrəci olduğu kimi saxlayıb, sürətlərini toplayırıq.
Məxrəcləri bərabər olan kəsrləri çıxmaq üçün məxrəci olduğu kimi saxlayıb, azalanın sürətindən, çıxılanın sürətini çıxmalıyıq.
Biz eyni zamanda layihə əsasında hansı kəsrlərin düzgün, hansı kəsrlərin düzgün olmadığını araşdırdıq. Sürəti məxrəcindən kiçikolan kəsrə düzgün kəsrlər deyilir. Düzgün kəsrlər vahiddən kiçikdir. Sürəti məxrəcindən böyük və bərabər olan kəsrlərə düzgün olmayan kəsr deyilir. Düzgün olmayan kəsrlər vahiddən böyük olur, sürəti məxrəcinə bərabər olan kəsrlər isə vahidə bərabər olur. Düzgün olmayan kəsrdən tam hissəni  ayırmaq və qarışıq ədəd şəklində yazmağı öyrəndik. Düzgün olmayan kəsri qarışıq ədədə çevirmək üçün sürəti məxrəcə bölüb, alınmış natamam qismət tam hissə, qalıq sürət, məxrəc olduğu kimi qalır.

Biz və layihəmiz

Biz riyaziyyat dərsində müəllimənin hazırladığı layihəyə qoşulduq. Biz bu layihədə : 
Məxrəcləri bərabər olan kəsrlərin müqayisəsini, sürətləri bərabər olan kəsrlərin müqayisəsini araşdıracağıq. Dahan sonra məxrəcləri bərabər olan kəsrlərin toplanması və çıxılması üsullarını müəyyən edib, düzgün və düzgün olmayan kəsrlərin fərqini və düzgün olmayan kəsrin qarışıq ədədə çevirməyi araşdıracağıq.
Bunun üçün biz qruplara ayrıldıq, hər qrup liderlərini seçib,vəzifə bölgüsü apardıq.