İlk əvvəl kəsrləri növlərinə görə müqayisə etməyi və bu kəsrləri ədəd oxunda göstərməklə, kəsrlərin müqayisəsini sözlə və riyazi yazılışılarla göstərməklə aşağıdakıları öyrəndik.
Məxrəcləri bərabər olan kəsrləri müqayisə etmək üçün onların sürətlərini müqayisə edirik, hansının sürəti böyükdürsə, o kəsr böyük, hansının məxrəci kiçikdirsə o kəsr kiçikdir.
Sürətləri bərabər olan kəsrləri müqayisə etmək üçün onların məxrəcinə görə sürətləri bərabər olan kəsrlərdən məxrəci kiçik olan kəsr böyük, məxrəci böyük olan kəsr kiçikdir.
Məxrəcləri bərabər olan kəsrləri toplayarkən məxrəci olduğu kimi saxlayıb, sürətlərini toplayırıq.
Məxrəcləri bərabər olan kəsrləri çıxmaq üçün məxrəci olduğu kimi saxlayıb, azalanın sürətindən, çıxılanın sürətini çıxmalıyıq.
Biz eyni zamanda layihə əsasında hansı kəsrlərin düzgün, hansı kəsrlərin düzgün olmadığını araşdırdıq. Sürəti məxrəcindən kiçikolan kəsrə düzgün kəsrlər deyilir. Düzgün kəsrlər vahiddən kiçikdir. Sürəti məxrəcindən böyük və bərabər olan kəsrlərə düzgün olmayan kəsr deyilir. Düzgün olmayan kəsrlər vahiddən böyük olur, sürəti məxrəcinə bərabər olan kəsrlər isə vahidə bərabər olur. Düzgün olmayan kəsrdən tam hissəni ayırmaq və qarışıq ədəd şəklində yazmağı öyrəndik. Düzgün olmayan kəsri qarışıq ədədə çevirmək üçün sürəti məxrəcə bölüb, alınmış natamam qismət tam hissə, qalıq sürət, məxrəc olduğu kimi qalır.
Комментариев нет:
Отправить комментарий